Modern.az

Azercellillər üçün yığım qaydası dəyişir

Azercellillər üçün yığım qaydası dəyişir

Aktual

1 Oktyabr 2012, 10:40

Şəbəkə daxili zənglərdə nömrənin qarşısında prefiks yığılmalıdır

Azercell Telekom MMC şəbəkə daxilində yığım qaydalarını dəyişir. Oktyabrın 1-dən etibarən digər Azercell nömrəsinə zəng edən abonentlər nömrənin əvvəlində mütləq 050/051 prefiksini yığmalıdırlar. Yəni, zəng edərkən (050 + 7 rəqəmli nömrə), və ya (051 + 7 rəqəmli nömrə) kimi yığım aparılmalıdır. Həm zəng, həm SMS/ MMS həm də digər xidmətlərdən istifadə edilərkən bu qaydaya əməl olunmalıdır. Azercell 1 ay müddətində abonentlərin yeni qaydaya alışmasına yardım edəcək. Belə ki, oktyabr ayının 1-indən etibarən abonent müvafiq yığım qaydasına riayət etmədən zəng edərsə, onda xəbərdarlıq anonsu səslənəcək, lakin yığılan nömrə ilə bağlantı mümkün olacaq. 1 noyabr 2012-ci il tarixindən etibarən isə müvafiq yığım qaydasına riayət etmədən zəng edilərsə, xəbərdarlıq anonsu səslənəcək, lakin bağlantı artıq yaradılmayacaq. Həmçinin, nömrənin əvvəlində prefiks yığılmadıqda SMS/MMS göndərilməsi və digər xidmətlərin istifadəsi mümkün olmayacaq. Odur ki, bundan sonra telefonun yaddaşında saxladığınız Azercell abunəçilərinin nömrələrinin əvvəlinə müvafiq prefiksi yazmağı da unutmayın.      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir