Modern.az

Kəlbəcərdə atəşkəs pozulub? - MN-dən AÇIQLAMA

Kəlbəcərdə atəşkəs pozulub? - MN-dən AÇIQLAMA

Qarabağ

6 İyun 2021, 00:33

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir:

 

"Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı