Modern.az

Daha bir itkin hərbçimizin nəşi TAPILDI

Daha bir itkin hərbçimizin nəşi TAPILDI

Qarabağ

7 İyun 2021, 09:42

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülən bu iş Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilir. Əməliyyat-axtarış tədbirləriondə Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar da iştirak edir.

 

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Modern.az-a bildiirlib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

 

"Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - Mətbuat xidmətindən bildirilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır