Modern.az

Bu gün deputatın toxunulmazlığı parlamentdə səsverməyə çıxarılacaq

Bu gün deputatın toxunulmazlığı parlamentdə səsverməyə çıxarılacaq

Aktual

2 Oktyabr 2012, 09:39

Bu gün Ermənistan parlamentində keçmiş xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı səsvermə keçiriləcək. O, Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində gəlirlərin leqallaşdırılması barədə cinayət işinə müqəssir qismində cəlb ediləcək.

Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının fraksiyasının üzvü Vardan Oskanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı baş prokurorun təqdimanın müzakirəsinə ötən gün başlayıb. Baş prokuror Aqvan Ovsepyan parlamentdəki çıxışında bildirib ki, “Sivilitas” fondunun yaradıcısı Vardan Oskanyan ona xeyriyyə məqsədilə həvalə edilmiş külli miqdarda vəsaiti mənimsəyib. Onun sözlərinə görə, bununla bağlı çoxsaylı sübutlar var. Baş prokuror deputatları əmin edib ki, deputat toxunulmazlığından məhrum edilsə də Vardan Oskanyan barəsində həbs-qətimkan tədbiri seçilməyəcək. 

Qeyd edək ki, Vardan Oskanyan ünvanına səslənən ittihamları qətiyyətlə rədd edir. 

Üç parlament fraksiyası - “Çiçəklənən Ermənistan”, “İrs” və “Daşnaksütyun” qabaqcadan bəyan ediblər ki, səsvermədə iştirak etməyəcəklər Müxalif Erməni Milli Konqresinin fraksiyası, eləcə də, Respublika və “Orinats Yerkir” partiyalarının hakim koalisiyası hələlik öz mövqeyini açıqlamayıb. Hakim koalisiya 131 yerlik parlamentdə 74 yerə sahibdir. Ona görə də məsələnin taleyi ondan asılıdır.

Ermənistan parlamentinin reqlamentinə görə, deputatın istintaqa müqəssir qismində cəlb edilməsinə razılıq verilməsi barədə qərar gizli səsvermə ilə qəbul edilir. Səsvermədə deputatların yarıdan çoxu (66 deputat) iştirak etməlidir. (anspress.com)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər