Arxiv
8 İyun 2021, 11:00 | DİASPOR
Hyustonda Ermənistanın mina xəritələrinin verməməsinə qarşı aksiya keçirildi

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

 

Məqsəd – Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.  

 

Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına YOX deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər. 

 

Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra  mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər. 

 

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şənbə gününün havası - Külək əsəcək, yağış yağacaq 24 Sentyabr 2021, 13:15 Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu 24 Sentyabr 2021, 13:10 Qafqaz ölkələrini birləşdirəcək şərab marşrutu hazırlandı 24 Sentyabr 2021, 13:06 Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu... - İlham Əliyev 24 Sentyabr 2021, 13:02 COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək? 24 Sentyabr 2021, 12:58 Sentyabrın bütün ödənişləri KÖÇÜRÜLDÜ 24 Sentyabr 2021, 12:54 Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib 24 Sentyabr 2021, 12:50 Nərimanovda şəhid ailələri ziyarət edilib 24 Sentyabr 2021, 12:45 Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır 24 Sentyabr 2021, 12:40 İlham Əliyev: “Döyüş əməliyyatlarının planı çoxdan hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Gəncə Dövlət Universitetin idarə heyəti toplandı 24 Sentyabr 2021, 12:30 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Dövlət Komitəsinin əməkdaşları Qroznıya səfər ediblər 24 Sentyabr 2021, 12:22 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30 Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki 24 Sentyabr 2021, 11:30 Borcunu qaytarmaq istəməyən soydaşımızdan qandonduran QƏTL 24 Sentyabr 2021, 11:26 Milli Məclisdə narkomaniya ilə bağlı dinləmə keçiriləcək 24 Sentyabr 2021, 11:25 İxtisaslı işçilərin sayı çox azdır - Nazir 24 Sentyabr 2021, 11:22 Səyyad Əlizadənin son DURUMU 24 Sentyabr 2021, 11:19 Eldar Həsənov yenidən məhkəmə qarşısında 24 Sentyabr 2021, 11:16 Eks-deputatın oğlu küçənin ortasında güllələndi 24 Sentyabr 2021, 11:11 Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi 24 Sentyabr 2021, 11:10 NATO-nun yeni hədəfi Çindir 24 Sentyabr 2021, 11:05 Yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi saxlanıldı 24 Sentyabr 2021, 11:00
SORĞU Hansı vaksinə etibar edirsiniz?