Arxiv
8 İyun 2021, 12:35 | ÖLKƏ
Operativ Qərargahdan xaricdən müğənniləri dəvət edən sahibkarlara XƏBƏRDARLIQ

Qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, Operativ Qərargahın Koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.

 

Xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır. Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub.

 

Vətəndaşların ölkəmizə gətirlmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir.

 

Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq.

 

Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür.

 

Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

 

Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmışlar.

 

Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

 

Operativ Qərargah fiziki, hüquqi və vəziəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
200-dən çox əcnəbi tələbə BDU-ya müraciəıt etdi 17 Sentyabr 2021, 12:00 Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 FHN əməliyyat görüntüləri yaydı - VİDEO 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Eldar Həsənovun məhkəməsi keçirilir 17 Sentyabr 2021, 11:38 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38
SORĞU Hansı vaksinə etibar edirsiniz?