Arxiv
8 İyun 2021, 13:10 | DİASPOR
İsrailli jurnalistlər azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırdılar - VİDEO

 

İsraildə fəaliyyət göstərən "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz əlaməti olaraq videokonfrans keçirilib. 

 

"İsrailli jurnalistlər etiraz edir!" mövzusunda baş tutan konfransın məqsədi dünyadakı bütün jurnalistlərin, ictimai və dövlət təşkilatlarının, eləcə də  xoşməramlı insanların diqqətini erməni terrorçularının dinc insanlara qarşı törətdikləri özbaşınalıqlara və hərbi cinayətlərə cəlb etmək olub.

 

Tədbirin moderatoru, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman giriş sözündə bildirilib ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarda müharibədən sonrakı yenidənqurma işləri zamanı 140-dan çox insan erməni hərbçilərinin qəsdən yerləşdirdiyi mina partlayışında həlak olub və yaralanıb. Qeyd edib ki, rəsmi Bakının dəfələrlə və israrla çağırışlarına baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaları pozaraq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir. 

 

Sonra tədbirdə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli ölümü ilə nəticələnən partlayışın baş verdiyi anı əks etdirən video göstərilib.

 

Konfransda "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova,  "Epoxa" qəzetinin baş redaktoru Mark Qorin, "Sputnik" qəzetinin baş redaktoru Lyudmila Karasyova, "KAN-REKA" dövlət radiosunun şərhçisi Viktoriya Dolinskaya, "Kanal24" internet televiziyasının baş redaktoru Səadət Şükürova, "Milli.az" xəbər saytının baş redaktoru Elçin Əlioğlu və AZƏRTAC agentliyinin əməkdaşı Xətai Əzizov çıxış ediblər. Onlar Kəlbəcərdə baş verən faciəli hadisədən hiddətləndiklərini bildiriblər və azərbaycanlı jurnalistlərin, eləcə də 44 günlük müharibənin başa çatmasından sonra indiyədək azad edilmiş torpaqlarda mina partlayışı nəticəsində həlak olmuş bütün azərbaycanlıların ailələrinə başsağlığı veriblər. Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında minaların yerləşdirilməsini və müharibə bitdikdən sonra da yeni minaların basdırılmasına cəhdlər göstərilməsini insanlığa zidd hərəkət  və terror aktı adlandırıblar. Onlar terrorçuların qanuna uyğun olaraq ən ciddi şəkildə cəzalandırılmasına çağırış ediblər. 

 

Konfransın sonunda azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbiri aşağıdakı linkdən izləmək mümkündür:

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05