Modern.az

Azərbaycanla Türkiyə arasında aqrar əməkdaşlıq genişlənəcək - Nazir

Azərbaycanla Türkiyə arasında aqrar əməkdaşlıq genişlənəcək - Nazir

10 İyun 2021, 11:48

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək.

Modern.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

İ.Kərimov qeyd edib ki, hazırda Bakıda keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Türkiyədən böyük nümayəndə heyəti iştirak edir:

“Sərgidə bir çox ölkələrdən nümayəndə heyəti iştirak edir. Türkiyə nümayəndə heyəti də iştirak edir. Gələcəkdə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək fikrindəyik. Bununla bağlı danışıqlar da aparmışıq. Gələcəkdə təşkil edilən sərgilərdə daha çox Türkiyə şirkətləri təmsil olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu