Modern.az

Koçaryan Paşinyanı “debil” adlandırdı

Koçaryan Paşinyanı “debil” adlandırdı

Dünya

10 İyun 2021, 14:36

Ermənistanın eks-prezidenti, “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan Nikol Paşinyanı “debil" adlandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Paşinyanın oğlunu diversantların azad olunması qarşılığında Azərbaycana təklif etməsini şərh edəndə belə deyib.


“Əsir məsələsi ən həssas məsələlərdən biridir. Ayıb olsun ki, bu vaxta qədər nə qədər əsir, yaxud itkin düşmüş şəxsin olduğunu müəyyən edə bilməyiblər”.

 

Koçaryan diversantların azad olunması üçün Azərbaycana təzyiqlərin olunmasından danışıb. O, Paşinyanın oğlunu diversantlara qarşılıq təklif etməsini isə ucuz populizm sayıb.


“Əsirlərin qaytarılması məsələsində Azərbaycana təzyiqləri artırmalıyıq. Məsələ qalxan kimi, hər şeyi rusların, general Muradovun üstünə atırlar. Halbuki, bu onların məsələsi deyil. Və Paşinyan gah bunu ya da onu təklif edir. Biz orta əsrlərdə yaşamırıq. Hamı anlayır ki, bu əhalinini bir qismi üçün olan ucuz təbliğat şousudur. Aydındır ki, bu olan deyil. Bunu necə təsəvvür edirsiniz? 21-ci əsrdə? Bu primitiv "debilizmdir”".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar