Modern.az

Robert Köçəryanın bloku kiçik fərqlə liderlik edir

Robert Köçəryanın bloku kiçik fərqlə liderlik edir

Aktual

11 İyun 2021, 17:06

Ermənistanda seçicilərin  24,1% -i Robert Köçəryanın blokuna, 23,8% -i isə Nikol Paşinyanın partiyasına səs verməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanın bütün bölgələrində və paytaxtda iyunun 7-dən 10-dək aparılmış son sorğuda 1103 respondent iştirak edib.

 

Qeyd edək ki, üçüncü yeri Artur Vanetsyanın "Şərəfim var" bloku tutur, seçicilərin 7,4% -i ona səs verməyə hazırdır. Gagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,7%, Edmon Marukyanın “Aydınlanmış Ermənistan” partiyası - 3,1%, Şirinyan-Babajanyan bloku - 2,5%, Aram Sarkisyanın “Respublika” partiyası - 2,3%, "Milli Demokratik Qütb" partiyası - 0,8% səs toplayıb.

 

Aysel Məhərrəm


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı