Modern.az

ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı

ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı

Dünya

11 İyun 2021, 22:02

"Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir".

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in sədri, İsveçin xarici işlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə cıxış edərkən bildirib.

 

"Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır" - A.Linde qeyd edib.

 

ATƏT sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir