Arxiv
11 İyun 2021, 20:09 | AKTUAL
“İrəli” müsabiqə qaliblərini mükafatlandırdı

“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və hərtərəfli inkişafı sahəsində tədbirlər davam etdirilir.

 

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclər arasında inşa müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

 

İnşa müsabiqəsinin bağlanış mərasimi onlayn videokonfrans formatında həyata keçirilib. Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqəyə qatılan gənclər iştirak ediblər. Tədbir zamanı diqqətə çatdırılıb ki, Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə dönüşü məhz 15 iyun tarixinə təsadüf edir. Bildirilib ki, bu tarixi gün sözün həqiqi mənasında Azərbaycanın qurtuluş günüdür. Bununla əlaqəli olaraq, “İrəli” İctimai Birliyi tərəfindən Ulu Öndərin 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən inşa müsabiqəsinin mükafatlandırma mərasimi məhz Milli Qurtuluş Günü ərəfəsində təqdim edilib.

 

Müsabiqənin bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar indiyədək bir çox silsilə tədbirlər həyata keçirilib. “İrəli” sədri çıxışı zamanı vurğulayıb ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Ulu Öndərin respublikaya rəhbərliyi dönəmində Azərbaycan tənəzzül dövründən tərəqqi dövrünə qədəm qoymuş, görülən işlər nəticəsində ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılıb.

 

Daha sonra müsabiqənin münsiflər heyətinin üzvləri – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti və müasir dövrdə Azərbaycan gəncliyinin rolu” mövzusunda çıxış ediblər.

 

Sonda müsabiqə üçün təqdim edilib münsiflər heyəti tərəfindən qiymətləndirilən inşaların qalibləri açıqlanıb. Beləliklə, 1-ci yerin qalibi Günəş Əliyeva, 2-ci yerin qalibi Arif Rəhimov və 3-cü yerin qalibi Taleh Mansurov mükafatlandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Baş nazirin müavini 23 İyun 2021, 13:10 “Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər OD PÜSKÜRDÜLƏR 23 İyun 2021, 13:06 Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub 23 İyun 2021, 13:03 Sabah 42 dərəcə isti olacaq - Günün altında qalmayın! 23 İyun 2021, 13:00 İki informasiyada gizlənən kodlar: Erməni generalın bəyanatının PƏRDƏARXASI 23 İyun 2021, 12:56 Ağdamın Salahlı Kəngərli kəndi - VİDEO 23 İyun 2021, 12:52 Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:48 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?