Modern.az

ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq

ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq

Aktual

13 İyun 2021, 00:49

ABŞ 2030-cu ilə qədər nüvə silahlarının yerləşdirildiyi strateji aviasiya bazalarının sayını ikidən beşə çıxarmağı planlaşdırır.

 

Modern.az “İnterfaks”a istinadla xəbər verir ki, hazırda ABŞ HHQ-nin “B-52H Stratofortress”, “B-2 Spirit” və “B-1B Lancer” strateji bombardmançıları Maynot, Uaytmen, Barksdeyl, Elsuort və Dayess aviabazalarında yerləşdirilib.

 

Bunlardan yalnız Maynot və Uaytmendəki aviabazalarda nüvə bombaları və nüvə başlıqlı qanadlı raketlərin saxlandığı anbarlar var. Bu cür aviabazaların sayı həmçinin ABŞ HHQ-nin silahlanmasına “B-21 Raider” strateji bombardmançılarının daxil olması ilə əlaqədar artırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu