Arxiv
14 İyun 2021, 08:50 | AKTUAL
Bu gün Bakıda livanlı terrorçuya hökm oxunacaq

İyunun 14-də Yasamal Rayon Məhkəməsində Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdiriləcək.

Modern.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyasının hökmü elan edəcəyi gözlənilir.

Son məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin mayın 5-də yaydıqları birgə məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən olunub ki, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham 2020-ci il sentyabrın 29-da Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq, 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib. O, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçib digər muzdluların da olduğu ərazilərə gəlib.


Həmçinin Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.


Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Mayın 5-də cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10 Həyətində narkotik yetişdirən yaşlı qadın saxlanıldı - FOTOLAR 27 İyul 2021, 10:05 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı 27 İyul 2021, 10:00 Qarabağda erməni hərbçi ÖLDÜ 27 İyul 2021, 09:56 Toyuna 50 nəfərdən çox qonaq çağıran şəxslər məsuliyyətə cəlb olundu 27 İyul 2021, 09:51 Neft bahalaşdı 27 İyul 2021, 09:46 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət 27 İyul 2021, 09:40 Komitələrin payız hazırlığı: “Növbəti sessiya layihələrlə zəngin olacaq” 27 İyul 2021, 09:34 Bərdə sakini həmkəndlisini qətlə yetirdi 27 İyul 2021, 09:28 YAP və AKP gəncləri bir arada 27 İyul 2021, 09:22 Palatka toyunun sahibi cərimələndi 27 İyul 2021, 09:16