Arxiv
14 İyun 2021, 10:25 | AKTUAL
Vətənin, xalqın, dövlətin xilas günü - FOTOLAR

Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır.

 

Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə ölkədə xaos, anarxiya hökm sürüb. Mövcud hakimiyyətinin təcrübəsizliyi, dövlət idarəçiliyi sisteminin olmamağı səbəbindən idarəetmədə ciddi səhvlərə yol verilib. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin xarakter alıb. Bununla yanaşı, ayrı-ayrı silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı, bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlayıb. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını təklif ediblər. 1993-cü ilin 4 iyun tarixində Gəncədə qardaş qanı axıdılandan sonra o dövrdəki hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olub. İyunun 9-da Bakıya gələn Heydər Əliyev ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tədbirlərə əl atıb, tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Milli Məclisin sədri seçilib və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşüb.

 

 

Xalqın səsinə səs verən lider

 

Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu tarixi günün əhəmiyyətini şərh edərkən bildirib ki, ağır və mürəkkəb 1991-93-cü illərdə, müstəqilliyimizin hələ kövrək olduğu dövrlərdə yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyiblər. Millət vəkilinin sözlərinə görə, həmin illərdə ölkə daxilində siyasi gərginlik səngimək bilməyib, vəziyyət gündən-günə mürəkkəbləşib: "Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq, siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Bütün bunlar, eyni zamanda, ölkəni bu hala salan AXC-Müsavat iqtidarının səriştəsizliyi az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdı. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq, nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Azərbaycanı uçurumun astanasına gətirib çıxaran AXC-Müsavat nümayəndələri də kömək üçün Heydər Əliyevə müraciətlər edirdilər. Onlar da dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər”.

 

 

Silahlı dəstələrin Bakıya yürüşünün qarşısı alındı

 

Deputat vurğulayıb ki, dahi Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edib, əldən getmək üzrə olan müstəqilliyimizi gücləndirib, onu əbədi və dönməz edib, dövlət qurub və inkişaf etdirib: "Bu gün inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır. Məlum həqiqətdir ki, Gəncə, hər dəfə xalqımızın çox çətin sınaqlara çəkildiyi bir məqamda azadlıq mübarizəsinin beşiyi olub. Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət olan, "İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti müəyyən dövrdə Gəncədə fəaliyyət göstərib və dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edib. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın, özünün böyük oğlu Heydər Əliyevə üz tutması və onun Gəncəyə gəlməsi, ölkəyə rəhbərliyə buradakı vəziyyəti öyrəndikdən sonra qərar verməsi də təsadüfi deyildi. Ulu öndər ölkədəki hərc-mərcliyin, itaətsizliyin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını aldı”. 

 

 

Xilaskarlıq missiyası

 

N.Həmzəyev söyləyib ki, 1993-cü ilin 4 iyun hadisələri ərəfəsində və ondan sonra respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək hər kəsdən böyük risk, qətiyyət və hünər tələb edib: "Heydər Əliyev Naxçıvandan özü ilə heç nə gətirməmişdi. Nə ordusu var idi, nə silahı. Ulu öndər bütün məsələlərdə görkəmli dövlət xadimi kimi özünün siyasi və idarəçilik təcrübəsinə, xalqın ona olan dərin sevgisinə arxalanırdı. Elə bu amal da Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək, Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir əlamətdar gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq, Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi”.

 

 

Hakimiyyət böhranının aradan qaldırılması

 

Milli Məclisin deputatı Şahin Seyidzadə qəzetimizə açıqlamasında bildirib ki, XX əsr dünya xalqlarına çox görkəmli şəxsiyyətlər, müdrik və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət xadimləri bəxş edib. Onun sözlərinə görə, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var və bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tarixində bu ad məhz Heydər Əliyevlə bağlıdır: "Azərbaycanın son yarım əsirlik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin izləri olmasın. Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Sovet Azərbaycanında hakimiyyətə gəldiyi ilk gündən respublikanın yüksələn xətli inkişafının təməlini qoydu. Ulu öndərin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün istiqamətində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş qarşıdurmasının astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə idarəetməsinin bütün sahələrində hökm sürən xaos, hakimiyyət uğrunda mübarizə 1993-cü ildə artıq öz kulminasiya nöqtəsinə çatmışdı. Ölkənin bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qala bilməyən və xalqı parçalanmaqdan xilas edən böyük dövlət xadimi Heydər Əliyev 1993-cü il iyun ayının 15-də xalqın təkidi ilə Naxçıvandan Bakıya dönərək Respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində fəaliyyətə başladı”.

 

 

Gələcəyə hesablanan strateji inkişaf xətti

 

Millət vəkili qeyd edib ki, ölkə daxilində atılan bu addımlarla yanaşı, ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin inamlı tərəfdaşına çevrilib: "Ulu öndərimizin siyasi kursunun əsas istiqamətlərindən biri Ermənistanın ölkəmizə və xalqımıza qarşı təcavüzünün qarşısının alınması, eləcə də münaqişənin dinc yolla nizamlanması və ərazi bütövlüyümüzün bərpası idi. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda milli ordu quruculuğu prosesini sürətləndirməyə, ölkəmizin iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Bütün bunlarla yanaşı, ümummilli liderin ölkəyə ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra stabillik indeksi yarandı və bununla da Azərbaycan tarixində yeni səhifənin açılmasının şahidi olduq. 15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirir. Keçən hər bir gün bir daha təsdiq edir ki, böyük həyat yaşamış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:51 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10 Həyətində narkotik yetişdirən yaşlı qadın saxlanıldı - FOTOLAR 27 İyul 2021, 10:05 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı 27 İyul 2021, 10:00 Qarabağda erməni hərbçi ÖLDÜ 27 İyul 2021, 09:56