Modern.az

Bu il Qarabağ rayonlarında “Son zəng” necə keçdi...

Bu il Qarabağ rayonlarında “Son zəng” necə keçdi...

14 İyun 2021, 18:05

Bu gün minlərlə 11-ci sinif şagirdi üçün “Son zəng” çalındı. Vaxtilə atəş səslərinin kəsilmədiyi Qarabağ rayonlarında builki “Son zəng” sakit axarla keçib.


Ağdam rayonunun Çəmənli kənd tam orta məktəbinin direktoru Taleh Nuriyev Modern.az-a bu haqda danışıb.

“Ötən il pandemiyaya görə “Son zəng keçirə bilmədik. Lakin ondan əvvəlki illərdə “Son zəng” tədbiri məzunlar üçün nə qədər sevincli gün olsa da, bir o qədər də qorxu hissi var idi.
Bu ilki tədbir nikbin ruhda keçdi. Müzəffər Azərbaycan ordusunun qazandığı qələbə Qarabağ rayonlarına rahatlıq gətirdi. Bu tədbir qorxu hissi olmadan keçirildi. Bizim kənd elə yerdədir ki, silahların səsi hər an eşidilirdi. Hətta şagirdlərimiz güllənin səsindən silahın hansı növ olduğunu asanlıqla deyə bilirdilər. Şükürlər olsun ki, artıq o qorxu hiss yoxdur. 11-ci sinifdən bu il 29 məzunumuz var. Onlardan 25-i bu tədbirdə iştirak edib”.

 

Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva:


“Builki “Son zəng”imiz tam fərqli formatda keçdi. Tədbirdəki xoş sözlər insanın ruhunu oxşayırdı. Uşaqlara dediyimiz hər bir təbrik onlara xoş əhval-ruhiyyə bəxş edirdi. Mənim tədbirdəki ilk çıxışım “Zəfər” sözü ilə başladı. Daha sonra bu il 11-ci sinifi bitirən şəhid və qazi övldalarını ürəkdən təbrik edib, onların valideynlərinin qarşısında baş əydiyimi söylədim.

Biz tədbirimizi qaydalara uyğun təşkil etmişdik. 11-ci sinifdən bu il 9 nəfər məzun oldu. Cəbhə bölgəsi olmağımıza baxmayaraq hər zaman yüksəsk nəticə göstərən şagirdlərimiz olub”.


Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!