Arxiv
15 İyun 2021, 09:00 | HADİSƏ
Dünən təyin olunan yeni nazir müavini kimdir? - DOSYE

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyində yeni təyinat olub.

 

Rüstəmov Rövşən Mürvət oğlu Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, R.Rüstəmov bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.

 

Modern.az saytı yeni nazir müavininin qısa tərcümeyi-halını təqdim edir:

 

Rövşən Mürvət oğlu Rüstəmov 1980-ci ildə İmişlidə anadan olub.

 

1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

 

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

 

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2004-2012-ci illərdə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

 

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.

 

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament polisi döyən deputata görə TOPLAŞIR 30 İyul 2021, 18:40 FHN-nin 100 əməkdaşı Türkiyəyə yola düşdü - FOTOLAR 30 İyul 2021, 18:34 Fransız jurnalistlər Qarabağda - FOTOLAR 30 İyul 2021, 18:27 Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR 30 İyul 2021, 18:20 Dolların məzənnəsi sabit qaldı 30 İyul 2021, 18:16 Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı 30 İyul 2021, 18:10 “Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53