Modern.az

Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib

Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib

16 İyun 2021, 18:16

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

 

Modern.az-ın məlumatına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Qeyd edək ki, bu günədək ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycanın 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür