Modern.az

Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Aktual

17 İyun 2021, 16:54

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

O, S. Lavrovun Müdafiə Nazirliyinin dəvəti ilə Moskvada keçiriləcək Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək ATƏT Baş katibi ilə iyunun 21-də görüşəcəyini qeyd edib.

 

“Görüş zamanı ATƏT-in regional münaqişələrin həllində rolu müzakirə olunacaq. Tərəflər Ukrayna, Dnestryanı, Qarabağ nizamlanması ilə bağlı hazırkı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!