Arxiv
17 İyun 2021, 18:50 | DİASPOR
Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ

Tanınmış jurnalist Sevil Nuriyeva Azərbaycanın azad olunmuş ərazilərinə səfərlə bağlı “Feysbuk” hesabında paylaşım edib.

Jurnalist paylaşımda qeyd edib:


“Şuşaya getmək istəyən təbii ki, çoxluq təşkil edir. Buna narazılıq bildirənləri də gördüm.

Azərbaycan Diaspor Komitəsinin bu mövzuda önə düşməsi lazımdır. Haqlı olaraq könül qırıqlıqları olanlar da var. Azərbaycandan və bütün dünyadakı Azərbaycan sevdalılarında da bir könül qırıqlığı var. Bəzi narazı dolu mesajları, paylaşımlar gördüm. Doğrusu çox məyus oldum.

Şuşa hələ geniş heyətləri qəbul etməyə hazır deyil. Yol boyunca yenidənqurma işlərinə şahidlik etdik. Orada ciddi işlər aparılır. Şuşa sanki yenidən qurulur.  

Buna baxmayaraq, şuşalı jurnalistlərimizi, Qarabağ məsələsində ön planda olan yazarların oraya aparılmasını təmin etmək çox yararlı olardı”.


Modern.az
-ın əməkdaşı bu təkliflə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa ilə danışıb:


Fazil Mustafanın sözlərinə görə, S.Nuriyeva yerində olan təklif irəli sürüb:


“Bu, yerində olan bir təklifdir. Çünki bu ərazilərlə bağlı əsas təbliğatın xaricdə aparılması vacibdir. Xaricdə yaşayan çox dəyərli jurnalistlərimiz var. Sevil xanım özü də Azərbaycan üçün çox böyük işlər görüb. Eyni zamanda, xaricdə tanıdığımız, tanımadığımız çox sayda jurnalistlərimiz var ki, bu mövzunu digərlərinə nisbətən Türkiyə mediasında daha çox qabarıq şəkildə gündəmə gətirə bilərlər.

Bu səfəri təşkil etmək olar. Bunu hansı qurumun təşkil edəcəyini söyləyə bilmərəm. Açığı biz özümüz hələ o bölgələrdə olmamışıq. Lakin hesab edirəm ki, faydalı olar. Yerində olan bir təklifdir. Onu gerçəkləşdirmək lazımdır. Təbliğat bütün yönlərdən aparılsa, bütün ölkələrdə olan jurnalist bacı-qardaşlarımız Azərbaycan mövzusunu bu şəkildə gündəmə gətirsələr, öz gözləri ilə şahid olduqları mənzərəni diqqətə çatdırsalar, bu hər kəsə faydalı olacaq”.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmir sakini həmkəndlisini GÜLLƏLƏDİ 30 İyul 2021, 18:47 Parlament polisi döyən deputata görə TOPLAŞIR 30 İyul 2021, 18:40 FHN-nin 100 əməkdaşı Türkiyəyə yola düşdü - FOTOLAR 30 İyul 2021, 18:34 Fransız jurnalistlər Qarabağda - FOTOLAR 30 İyul 2021, 18:27 Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR 30 İyul 2021, 18:20 Dolların məzənnəsi sabit qaldı 30 İyul 2021, 18:16 Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı 30 İyul 2021, 18:10 “Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58