Arxiv
18 İyun 2021, 20:22 | AKTUAL
Məşhur Britaniya qəzeti Şuşa Bəyannaməsindən yazdı

Böyük Britaniyanın “The Independent” onlayn qəzeti Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi barədə məqalə yayıb.

 

Modern.az xəbər verir ki, “Türkiyə və Azərbaycan liderləri işğaldan azad olunmuş ərazilərdə danışıqlar aparırlar” sərlövhəli məqalədə Türkiyə Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzaladıqları Bəyannamədən bəhs olunur.

 

Qeyd edilir ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə Ermənistanın nəzarətinə keçsə də, 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Şuşada Rəcəp Tayyip Ərdoğan və Prezident İlham Əliyev arasında aparılan danışıqlar zamanı iki ölkənin təhlükəsizlik də daxil olmaqla, bir neçə sahədə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş Bəyannamə imzalanıb.

 

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Bəyannamənin imzlanmasından sonra səsləndirdiyi fikirlər də yer alıb.

 

Həmçinin məqalədə Şuşa şəhəri Azərbaycan tərəfindən geri alındıqdan sonra onu ziyarət edən ilk xarici liderin məhz Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan olduğu da vurğulanıb. Qeyd edilib ki, Türkiyə Prezidenti Şuşada bu ölkənin konsulluğunu açılacağı anonsunu edib.

 

Yazıda ötən ilin sentyabr-noyabr aylarında baş verən müharibə zamanı Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etməsindən də danışılır. Bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatla müharibəyə son qoyulub və Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri tərk edib. Üçtərəfli Bəyanat Ermənistanda siyasi böhrana səbəb olub və baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri təyin etmək məcburiyyətində qalıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Eldəniz Səlimov İntizam komissiyasının iclasında - YENİLƏNİB 2 Avqust 2021, 12:22 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36 Narkotik satan daha bir dəstə saxlanıldı 2 Avqust 2021, 10:30 Toylarla bağlı sorğunun nəticələri AÇIQLANDI 2 Avqust 2021, 10:24 Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir" 2 Avqust 2021, 10:22