Arxiv
19 İyun 2021, 15:59 | AKTUAL
Ankara, Bakı və Tbilisi Qafqazın gələcəyini MÜZAKİRƏ ETDİ

Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusuna panel müzakirəsi keçirilib.

 

Modern.az xəbər verir ki, Əlican Ayanların moderatorluğu ilə keçən panel müzakirəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış vəziyyətlə bağlı mövqeyini iştirakçılara çatdırıb. Ölkəmizin müharibədən sonra həyata keçirdiyi layihələrdən bəhs edən C.Bayramov deyib ki, bu infrastrukturlar təkcə Qarabağa deyil, Ermənistana gedən yolun da bir hissəsini təşkil edir. Ona görə də sözügedən layihələr Qarabağdakı erməni vətəndaşlarımız kimi, Ermənistanın özü üçün də faydalıdır. Biz bu yolları açmaqla sülhü dəstəklədiyimizi real işlə nümayiş etdirdik. Biz Ermənistana səslənirik ki, əməkdaşlıq edək, dialoq aparaq. Onlar isə “hələ müharibə bitmədi” fikirləri səsləndirirlər. Biz danışıqlara hər zaman hazırıq.

Bölgə ölkələrinin mövcud problem və məsələlər ətrafında birgə dialoq apara bilməməsini yanlışlıq kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Kamil Aydın deyib ki, problemləri həll etmək üçün tərəflər arasında yaxınlaşma və dialoq təmin edilməlidir. Problem daha çoxşaxəli platformalara daşınmamalıdır. Region dövlətləri arasında əlaqələr və münasibətlər inkişaf etdikcə, problem daha tez həllini tapar. Ermənistanın Azərbaycan və Türkiyəni günahlandırması doğru yol deyil. Ərazi iddiası irəli sürən Ermənistan yanlış yoldadır. Biz bu bölgənin ölkələriyik. Türkiyədə müxtəlif millətlərin nümayəndələri, həmçinin ermənilər yaşayırlar. Ermənistan isə monoetnik ölkədir. Ermənistan bu yanlış yanaşmaya düzəliş etməlidir.

 

Əsassız iddiaları təhlükəli və faydasız adlandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib ki, Ermənistan dövlətinin siyasətində bəzi mühüm məqamlar dəyişməlidir. Azərbaycan Ordusunu zəif görmək kimi xülyalar, Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları kimi yanlış baxışlar və istəklər bu dövləti dalana gətirib çıxarıb. Ermənistan bu zərərli tendensiyalardan imtina etməlidir. Bu gün Ermənistanın yeni bir dövrə, işıqlı gələcəyə qədəm qoymaq şansı var və onlar bu şansı qaçırmamalıdırlar.

Qafqazdakı yeni situasiyanın əsasının Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə qoyulduğunu, Xocalı soyqırımına və işğalçılıq siyasətinə görə Ermənistanı dəfələrlə qınadığını ifadə edən erməni əsilli professor Jirayir Libaridiyan vurğulayıb ki, erməni diasporunun proseslərə təsiri böyükdür. Ermənistan dövlətinin yaranmış vəziyyətdən tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşdırmasıdır. Bundan sonra birgə fəaliyyət müzakirə mövzusu ola bilər. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə, əlbəttə ki, əlaqələrin normallaşdırılmasından söz gedə bilməzdi. Amma bu gün - Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir şans yaranıb, dialoq üçün imkanlar açılıb. Bu gün Ermənistanda siyasi vəziyyət elədir ki, seçkilərdə yüksək reytinqə malik olan və öndə gedən iki partiyanın liderləri – Paşinyan və Köçəryan mövcud durumu qiymətləndirməkdə acizdirlər və onların dialoqa tərəfdar olacağına ümid etmək olmaz. Bu mövzuda Ermənistanda daha çox vəziyyətə real baxan Levon Ter-Petrosyandır ki, onun da partiyası seçkilərdə 10-15 faiz səs toplaya bilər. Amma yenə də Ermənistan parlamentində vəziyyətə real baxan insanların olacağı az ümidvericidir.

 

Gürcüstan-Azərbaycan-Türkiyənin üçtərəfli əməkdaşlıq formatının nəticələrini hər kəsə nümunə kimi dəyərləndirən xarici işlər naziri David Zalkaliani Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qarsa dəmir yolu, TANAP və TAP layihələrinin həyata keçirilməsini regional əməkdaşlıqdan yaranan inkişafın ən mütərəqqi nəticələri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanın əməkdaşlıq siyasəti dəyişməzdir. Bölgə dövlətlərinin bir-birinə yaxınlaşmasının vacib və alternativsiz olduğunu diqqətə çatdıran gürcüstanlı nazir vurğulayıb ki, əsas məqsəd region dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir, “Biz beynəlxalq layihələrdə birgə fəaliyyətə üstünlük verməliyik. Gürcüstan, Azərbaycan və Ermənistan Xəzər və Qara dənizləri arasında önəmli layihələrdə tərəfdaş ola bilərlər. Biz bu gün bu mövzuları düzgün qiymətləndirməliyik. İşğaldan azad edilmiş minalanmış ərazilərin bir hissəsinin xəritələrinin bu yaxınlarda Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycana verilməsi və saxlanılan 15 erməninin bunun müqabilində Ermənistana qaytarılması Gürcüstanın iki dövlət arasında əlaqələrin bərpa edilməsində mühüm xidmətinin olacağına işarədir və biz bu tendensiyanın davam etdirilməsini istəyirik”, - deyə D.Zalkaliani qeyd edib.

 

Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda bölgədə sülh və tərəqqi üçün yeni əməkdaşlıq imkanları yaranıb. İnkişaf və rifahın yeganə yolu sülhdən keçir. Münaqişələr olan yerdə əməkdaşlığın müzakirəsi yersiz və faydasızdır. Ona görə də Ermənistan tərəfi mövcud reallığı düzgün qiymətləndirərək qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmalıdır. Vurğulanıb ki, əgər region dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf edərsə, bölgəyə kənar təsirlər də azalar.

 

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində hazırda bütün dünyanı düşündürən və narahat edən məsələlər ətrafında müzakirələr aparılır.

İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun yekunu ilə bağlı mətbuat konfransı keçirəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransız jurnalistlər Qarabağda - FOTOLAR 30 İyul 2021, 18:27 Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR 30 İyul 2021, 18:20 Dolların məzənnəsi sabit qaldı 30 İyul 2021, 18:16 Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı 30 İyul 2021, 18:10 “Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47