Modern.az

Bu gün Tiflisdə etiraz aksiyası keçiriləcək

Bu gün Tiflisdə etiraz aksiyası keçiriləcək

Aktual

20 İyun 2021, 11:11

2019-cu ilin 20 iyun hadisələrinə etiraz əlaməti olaraq bu gün Tbilisidə parlament binası qarşısında aksiya planlaşdırılır.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, etiraz aksiyası 18:00-da start götürəcək. Aksiyada ictimai aktivislərin, QHT sahəsi və siyasi partiyaların nümayəndələrinin, həmçinin 20 iyun ixtişaşları zamanı zərər görən şəxslərin iştirakı gözlənilir.

 

Qeyd edək ki, 2019-cu ilin 20 iyun tarixində Rusiya dövlət dumasının deputatı, Sergey Qavrilovun Tbilisidə keçirilən ortodoks ölkələrin parlament asambleyasının iclasında iştirak edərək, Gürcüstan parlamentinin sədrinin kürsüsündə əyləşməsi və iclası idarə etməsi ölkədə ciddi etirazlarla qarşılanmışdı. Həmin gecə baş verən ixtişaşlar zamanı polislə qarşıdurma yaşanmış, nəticədə onlarla vətəndaş xəsarət almışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü