Arxiv
21 İyun 2021, 12:34 | ANALİTİKA
Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycana nə vəd edir?.. - PROQNOZ

Ermənistanın yeni Milli Məclisində Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası (53,92%), Robert Koçaryanın "Hayastan" bloku (21,04%)və Serj Sarkisyanın “Şərəfim var” bloku (5,23%) təmsil olunacaq.

Parlamentə düşmək üşün partiyalar 5%, bloklar 7%-lik həddi aşmalıdır.
Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü daha çox səs qazanmış siyasi qüvvə baryeri keçməsə belə, ona da avtomatik parlamentdə təmsil olunmaq haqqı verilir.


Nikol Paşinyan yeni parlamentdə 71 deputat kürsüsünə sahibi olacağını deyib.


"“Vətəndaş müqailəsi” partiyası 105 deputat kürsüsündən azı 71-nə sahib olacaq və mənim başçılığım altında yeni hökumət formalaşdıracaq”- deyə Paşinyan söyləyib.
 

Beləliklə, Ermənistan müxalifətinin parlamentdə toplam kürsü sayı 34 yer qalacaq.


Bəs Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən “Atlas” araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xatırladıb ki, Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu.

“Demokratiyalarda belə hallar da baş verir. Tərsi isə özünü əksər hallarda doğruldur, yəni istənilən ölkənin lideri müharibədə məğlub olduğu halda növbəti seçkidə məğlubiyyətlə üzləşir. Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşməsinə və ölkəsinin verdiyi itkilərə baxmayaraq, onun rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkisindəki qələbəsi və yenə hökuməti formalaşdıracağı nə deməkdir?

Birincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.

İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanına” “yox” deməklə həm də Rusiyaya “yox” dedi.

Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər”.


Politoloq deyib ki, Rusiya birmənalı Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi.

“Seçki kampaniyası başladıqdan sonra Köçəryan Moskvaya çağrıldı. O, Rusiyanın dövlət televiziya kanalına geniiş müsahibə verdikdən sonra Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə apardı. Köçəryan bu söhbətdən sonra Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı. Köçəryan seçki kampaniyası dövründə ikinci dəfə də Vladimir Putinlə telefonla danışdı.


Rusiyadakı mərkəzlər Köçəryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Köçəryanın blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayınlanırdı. Bunun da köməyi olmadı. Çünki Köçəryan fiqurunun özü erməniləri qorxudurdu. Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracam” deməklə ən böyük səhvini etdi. Çünki, “Şuşa və Hadrutun” geri qaytarılması itki verən ermənilər üçün yeni müharibə demək olacaqdı. Ermənilər isə artıq müharibə istəmir və ona görə bu “çağırışı” səsləndirən siyasətçini hakimiyyətə gətirmək istəmədilər. Bundan başqa Nikol Paşinyanın çox səs qazanmasında Bakı + Ankara + Tiflis + Vaşinqton + Brüssel kombinasiyasının da rolu oldu. Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdam ətrafında mina xəritəsinin təqdim edilməsi müqabilində 15 ermənini ölkəsinə təhvil verdi. Bu, Ermənistan əhalisinə mesaj idi ki, Paşinyan hakimiyyətinə davam edərsə, ermənilərin bir qisminin də geri qaytarılması mümkündür. Misal üçün, Köçəryanın baş nazir seçilməsiylə bu proses dayandırıla bilərdi. Bunu isə ermənilər istəmirdilər”.


“Beləliklə, Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq. Robert Köçəryan hələ ki  seçkinin nəticəsini tanımır. Ancaq o buna məcbur qalacaq. Paşinyanı qələbə münasibətilə Qərb ölkələri, beynəlxalq təşkilatlar, sonda isə Rusiya təbrik etdikdən sonra Köçəryanın mövcud reallığı qəbul etməkdən başqa alternativi qalmayacaq. Köçəryan ölkəni qarışdırmaq və çevriliş barədə düşünürsə, nəticə onun və Ermənistanın xeyrinə olmayacaq”,- E.Şahinoğlu əlavə edib.


Siyasi ekspert bildirib ki, Robert Köçəryan müəyyən fasilədən sonra siyasətə qayıtdı ki, bu da onun üçün müəyyən nəticədir.

“Ötən dəfəkindən fərqli olaraq bu dəfə Ermənistan parlamentində müxalifət qismində “Qarabağ klanı” çıxış edəcək. Yəni “Qarabağ klanı” Köçəryanın liderliyində yenidən Ermənistan siyasətinə qayıtdı. Rusiya üçün Ermənistanda indiki şərtlər altında bu da bir nəticədir. Moskva Robet Köçəryanı baş nazir kürsüsünə otuzdura bilməsə də, onu ən azı həbsdən çıxartdıraraq parlamentdə ana müxalifətin lideri kürsüsünə otuzdura bildi. Kreml bundan sonra Ermənistanda yenə zamana işləyəcək və Paşinyanın büdrəməsini gözləyəcək”.


Azərbaycan üçün isə əsas sual budur: Rəsmi Bakı Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır?


“Bu Paşinyanın quracağı hökümətin tərkibindən və atacağı addımlardan asılı olacaq. Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Bu onun özü üçün faydalıdır. Paşinyan Azərbaycana tərəf bir addım atacağı halda, Bakı qarşılıqlı addım atmağa hazır olacaq. Misal üçün, Paşinyan seçkidən öncə iki vəd verib: “Əsirlərin hamısını geri qaytaracam”, “Minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytaracam”.

Birinci məsələnin həlli ikincidən bilavasitə asılıdır. Ancaq xəritələr bu dəfə yoxlanılmalıdır. Çünki Ağdam ətrafındakı minalanmış ərazilərin xəritəsiylə bağlı ciddi suallar yaranıb. Digər tərəfdən xəritə + əsir kombinasıyasında Gürcüstanın vasitəçilyinin həlledici rolu oldu. Ermənistan və Azərbaycan Gürcüstanın vasitəçilik imkanlarından gələcəkdə də istifadə etməlidirlər. Bu, Rusiyanın bölgədəki təsir imkanlarının azaldılmasında həlledici rol oynaya bilər. Gürcüstanın vasitəçilik imkanlarının artması Azərbaycan və Ermənistanla yanaşı Qərbin və Türkiyənin də xeyrinədir”.


Politoloq deyib ki, Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır:


“Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalıdır;


İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.


Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münaqsibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bütün bunların fonunda Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşü ehtimalı artacaq”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol qəzasın iki qardas yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19