Arxiv
21 İyun 2021, 16:42 | HADİSƏ
Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR

Möhtərəm Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər. Xidmət rəisi həmçinin vurğulayıb ki, budəfəki tədbir həm də Vətən müharibəsindən sonra keçirilən ilk andiçmə mərasimi kimi əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı tarixi hadisədir. Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib. Həmin ailələrdən 3-ünün bugünkü tədbirdə iştirak etdiyini vurğulayıb. Onların hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlığını ifadə edib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdən sonra Vüsal Hüseynov Azərbaycan vətəndaşlığını əldə etmiş və paytaxtda yaşayan qazi ailələrinin üzvləri ilə görüşərək onlara müvafiq arayışları şəxsən təqdim edib. Öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 30 illik həsrətinə son qoyan igidlərin arasında onların da övladlarının olmasını qürurverici hal kimi qiymətləndirib. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

 

Vüsal Hüseynov, həmçinin “Azərbaycana Birgə Yardım” Təşkilatının (UAFA) təsisçisi və direktoru Burchell Gwendolyn Trixie ilə görüşüb. Onu Azərbaycan vətəndaşlığını əldə etməsi münasibətilə təbrik edib. Uzun illərdir Azərbaycanda həyata keçirilən layihələrə Təşkilatın verdiyi mühüm töhfələrin təqdirəlayiq olduğunu vurğulayıb. Burchell Gwendolyn Trixie isə öz növbəsində Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamların icrası regionlarda da həyata keçirilib. DMX-nin regional miqrasiya idarələrində andiçmə mərasimləri təşkil olunub. Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib.

 

Aysel Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02 Ərdoğan yanğın bölgələrinə gedir 31 İyul 2021, 13:55 Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində - FOTO 31 İyul 2021, 13:49 Putin yanğına görə Ərdoğana zəng vurdu 31 İyul 2021, 13:48