Modern.az

Daha 47 yoluxma - bu dəfə ölüm olmadı

Daha 47 yoluxma - bu dəfə ölüm olmadı

22 İyun 2021, 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 335568 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329710 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib, aktiv xəstə sayı 895 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9247, hazırkı dövrədək isə 3690224  test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!