Modern.az

Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub

Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub

Aktual

23 İyun 2021, 13:03

Goranboyda, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətə ehtiramlarını nümayiş etdiriblər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdıran İcra Başçısı Məhərrəm Quliyev dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı barədə danışdı.

 

Sonda xatirə fotosu çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır