Modern.az

Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi

Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi

23 İyun 2021, 23:07

Rusiyada 16 milyondan çox insan koronavirusa qarşı tam peyvənd olunub.

 

Modern.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Tatyana Qolikova deyib.

 

Onun sözlərinə görə, 20 milyondan artıq vətəndaşa peyvəndin yalnız ilk dozası vurulub.

 

"Hazırkı dövrədək 20,7 milyon nəfərə peyvəndin ilk dozası, 16,7 milyon nəfərə isə peyvəndin hər iki dozası vurulub", - deyə Qolikova bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir