Modern.az

Sabiq prezident vəfat etdi

Sabiq prezident vəfat etdi

24 İyun 2021, 12:16

Filippinin keçmiş prezidenti Beniqno Akino iyunun 24-də 61 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun ailəsi bildirib.

 

Məlumata görə, o, bir müddət əvvəl Keson-Sitidəki hospitallardan birinə yerləşdirilib. İyunun 24-də səhər saatlarında vəfat edib. Keçmiş prezidentinin ölümünün səbəbi hələ ki məlum deyil.

 

“Manila Bulletin” isə bildirib ki, Beniqno Akino ürək çatışmazlığından ölüb. Onun ağciyər xərçənginə qarşı mübarizə aldığı və böyrək dializindən keçdiyi də qeyd ounub. Beniqno Akino 1986-1992-ci illərdə Filippinin prezdienti olmuş Korason Akionun oğludur. Beniqno Akino 2010-2016-cı illərdə Filippinin 15-ci prezidenti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər