Modern.az

Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                    

Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                    

Aktual

24 İyun 2021, 13:45

Ermənistanda seçkidən sonra Kəlbəcər istiqamətində sərhədin Ermənistan tərəfinə Rusiya hərbçilərinin yerləşdiriləcəyi xəbərləri yayıldı, erməni rəsmi qurumları da məlumatları təsdiqlədi. Qeyd olunan xəbər tirajlandıqdan bir gün sonra Ceyhun Bayramovla Lavrov üçtərəfli razılaşmaların icrasını və üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyətini müzakirə etdi. Daha sonra İlham Əliyevlə Putinin telefon söhbəti baş tutdu. Xarici işlər nazirlərinin müzakirəsindən sonra liderlərin telefon söhbəti yekun qərarın nə olacağı, Ermənistanda seçkilərdən sonra hansı dəyişiklərin ola biləcəyi sualını ortaya qoyur.

 

Politoloq Elman Vəliyev Modern.az- açıqlamasında bildirib ki, görünən odur ki, danışıqlar müəyyən qədər axarında olmayıb:

“Ermənistan tərəfi sərhədə Rusiya qoşunlarının gəlməsini bildirib. Əslində Ermənistan tərəfinin bu hərəkətləri deyə bilərik ki, Rusiya tərəfinin ürəyincədir. Rusiya bu məsələni yumşaq siyasətlə həyata keçirmək niyyətindədir, yəni hər iki tərəfin razılığını alaraq. Ermənistan tərəfinin belə məlumat yaymasından sonra Rusiya xarici işlər naziri Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Görünən odur ki, danışıqlar müəyyən qədər axarında olmayıb. Nazirlərin danışığından sonra isə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Putin arasında da telefon danışığı baş tutub. Biz deyə bilər ki, hazırda Rusiya bölgədən təcrid olunması ilə üzləşməkdən nigarandır. Türkiyə prezidenti R.T.Ərdoğanın Qarabağa gəlməsi, iki tərəfli hərbi müqavilə bağlaması, həmçinin Qərbin və Amerikanın da bölgədə yer almaq niyyəti Rusiyada narahatlıq hissi yaradıb”.

 

Qərb yönümlü Paşinyanın qalib gəlməsi və xalqın Qərbə meyl etməsi də Rusiyadakı bu narahatlığı daha da artırır:

“Ona görə əl-ayağa düşüb. Hər iki tərəf arasındakı gərginliyin nizamlanmasını istəmir. Bəhanə kimi də Rusiya qüvvələri bölgədən çıxarsa, sabitlik pozulacaq, konflikt yenidən alovlanacaq deyə düşünüb, diktə edir. Əlbəttə ki, bu, Rusiyanın əlində saxladığı bir kartdır və vaxtı-vaxtında istifadə etməyə səy göstərir. Çox güman, telefon danışıqlarında sərhəd məsələsi, dəhliz məsələsi yer alıb. Dəhlizin açılmasında Rusiya da maraqlıdır. Hesab edir ki, bu dəhlizin təhlükəsizliyini özü təmin etməlidir. Rusiya tərəfinə çox güzəştlər getmək gələcəkdə başağrısı ola bilər. Elə siyasət yeritmək lazımdır ki, sülhməramlılara ehtiyac qalmasın və Rusiya da bunu anlasın. Ehtimal etmək olar ki, növbəti dəfə seçkilərdə qalib gələn Paşinyan Azərbaycan tərəfi ilə uzlaşmağa doğru addımlar atacaq. Seçkilərdə Paşinyanın qalib gəlməsi göstərir ki, xlaq qərbə inteqrasiya ermək istəyir, Rusiya yönümlü liderlərdən bezib, yenidən müharibələrin olmasını istəmir. Hesab etmək olar ki, Paşinyan indi daha da ağıllı davranıb, siyasi arenanı yumşaltmağa niyyətinlənəcək. Çalışaq ki, Azərbaycanda olan erməni diversiya qruplarının geri qaytarılmasını təmin etsin. Əlbəttə, bunun qarşılığında bir çox şeydən vaz keçməlidir. Azərbaycan tərəfi də 10 Noyabr bəyanatının, 11 Yanvar anlaşmasının yerinə yetirilməsinə çalışmalıdır. Ermənistan tərəfinin digər ərazilərin mina xəritələrinin verəcəyini bundan sonra ehtimal etmək olar”.

 

Ərdoğan-Putin görüşünün nəticələri nə olacaq?

“Ərdoğanın Putininlə görüşü yaxın müddətdə olacaq. Bu görüşdə Qarabağ məsələsi də yer alacaq. Danışıqlarda iki tərəfdən başqa tərəflərin bölgədə yer almasına ehtiyac olmadığı da bildiriləcək. Diqqət etsək, görərik ki, ikili münasibətlər gedir. Azərbaycan tərəfi Türkiyəni Qarabağda görmək istəyir, Ermənistan tərəfi də Rusiyanı yaxın bilir. Ermənistan tərəfi əzəldən Rusiyanın himayəsində idi və elə onu müdafiə edən də Rusiyadır. Belə addımlar atması doğrudur. Ermənistanda seçkilərdən sonra Moskvada üç tərəfli bir görüşün ola biləcəyini də qaçınılmazdır. Rusiya çalışacaq ki, tərəflərin razılığı ilə bölgədə "sülhə nəzarət edici funksiyasını" həyata keçirsin”.

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər