Modern.az

Bakıda daha bir marşrut xətti karta keçdi

Bakıda daha bir marşrut xətti karta keçdi

24 İyun 2021, 14:14

25 iyun 2021-ci ildən 108B nömrəli marşrut xətti (“Azadlıq prospekti” metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu və Mehdiabad qəsəbəsi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

- “28 May” küçəsi 269A (Mehdiabad qəs.) 

- Cəfər Cabbarlı küçəsi 5., (Mehdiabad qəs.) 

- Azadlıq pr.104 (Binəqədi ray.)

- A.Hüseynov küç. (Binəqədi ray.)

- Mərkəz Binəqədi (Binəqədi ray.) 

- 2-ci Mədən (Binəqədi ray.)

- Novxanı yolu (Binəqədi ray.)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi