Arxiv
24 İyun 2021, 15:56 | AKTUAL
Ceyhun Bayramov Baş katiblə görüşüb

İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

 

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12