Arxiv
24 İyun 2021, 21:19 | AKTUAL
Ceyhun Bayramov şahzadə ilə görüşdü

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 24 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında görüş keçirilib.



Modern.az xəbər verir ki, görüş zamanı şahzadə Feysəl Al Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını bildirərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Azərbaycanın döst və qardaş ölkə olduğunu vurğulayıb.



Nazir Ceyhun Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində mühüm yer tutduğunu bildirərək, iki döst dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.



Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə toxunaraq, Səudiyyə Ərəbistanının Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək qiymətləndirib.


Nazir Ceyhun Bayramov səudiyyəli həmkarına post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.



İqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında külək enerjisi sahəsində əməkdaşlığı yükəsk qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inamını ifadə edilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.


Görüş zamanı nazir Ceyhun Bayramov səudiyyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti məmnuniyyətlə qəbul edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36