Modern.az

Rusiyada son sutkada virusdan ölənlərin sayı açıqlandı

Rusiyada son sutkada virusdan ölənlərin sayı açıqlandı

27 İyun 2021, 13:49

Rusiyada son sutka ərzində daha 21 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 451 291 nəfərə çatıb.


Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 282 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir