19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
28 İyun 2021, 17:25 | MƏDƏNİYYƏT
Beş müğənni çağırıb hərəsinə 3-4 min pul verirlər, onlar da qudurur" - Rasim Balayev

Toyların keçirilməsi ilə bağlı hökümətin verdiyi qərar birmənalı qarşılanmadı.


Cəmiyyətin müəyyən hissəsi toy və nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasına alqışlasa da, bu qərara ürəkdən sevinməyənlər də var.


İkincilərin fikrincə, say məhdudiyyətinin tətbiq edilməsi onların arzusunda olduğu məclisinin keçirilməsinə imkan vermir.


Bəs görəsən, iki gəncin ömür yolunu birləşdirən məclislərdə 500-700 hətta bəzən 1000 nəfərin iştirakı bu qədər vacibdirmi?


Modern.az
xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev toy məclislərinə bu qədər adamın yığılmasını yersiz hesab edib:


“Öz aramızdır, bizdə artıq toyun da, yasın da ağını çıxarmışdılar. Məsələn, toy edirdilər, 700-1000 nəfər qonaq dəvət edirdilər. Mən belə şeyləri öz gözümlə görmüşəm. İndi isə müəyyən qanunlar, qaydalar var. Düzdür. Bizim adət-ənənələrimiz var, amma bizlər əndazəni aşdıq. Fikrimcə, 150 nəfərlə toy etmək yaxşıdır. Biri var hər sənə salam verənə dəvətnamə paylayasan,  biri də var ən yaxınlarına. Toy etmək istəyənlər qohum-əqrəbasını, ən yaxın dostlarını yığsa elə 100-120 nəfər edir. Adamda guya nə qədər qohum-əqrəbası olur ki?”.

Aktyor bu tip məclislərdə israfçılıq edənləri sərt şəkildə qınayıb:

“Bu günə qədər 700 nəfərin toyuna gedənləri də başa düşürəm. Başqalarının məclislərində iştirak ediblər, indi də onları öz məclislərində görmək istəyirlər, amma nə etmək olar? Bu Allahın bir bəlasıdır, bunu nəzərə almaq  lazımdır. Bu yaxınlarda mənim bir dostum vəfat etdi, tanınmış biri idi, ad çəkmək istəmirəm. Mən  özüm heç onun yasına gedə bilmədim, çünki pandemiyaya görə ailəsi dedi ki, gəlməyin. Cəmi 5 nəfər aparıb onun meyitini yuduzdurub, dəfn edib sonra da dağılışdılar. Normal vaxtda olsa idi onun cənazəsinə 5 yox 5000 nəfər qatılardı, o qədər tanınmış, hörmətli adam idi. Bu bütün dünyada belədir. Hətta çox ölkələrdə qadağalara gedirlər. 150 nəfərlə toy etmək, vallah, yaxşıdır. Yoldan keçən hər kəsi çağırmaq da düzgün deyil. Mən Şüvəlanda yaşayıram, burada bir nəfər var hər gördüyü adama bir dəvətnamə verir. Hər şeyin həddi var. Bizdə bir az da özünü göstərmək xəstəliyi var. İnsanların bəzisi düşünür ki, əmim oğlunun toyunda 700 nəfər oldu, məndə qoy 1000 olsun. Bununla fəxr edən insanlar var, inanın. Çox mənasız şeylərdir. Beş müğənnini çağırıb hərəsinə 3-4 min manat pul verirlər, onlar da qudururlar. Nolub?  Nə xəbərdir? Bax belə şeylər edib əndazəni aşmışdıq.Vaxtilə bir toyda iştirak etmişdim, toy yiyəsi əlində pul kisəsi dayanmışdı, bir-bir müğənnilər çıxıb oxuyurdu, düşürdü, o da həmin kisədən onlara pul paylayırdı. Bu nədir axı? Konsert salonudur? Bir müğənni oldu kifayət edir. Toyxanalarda musiqinin səsindən oturmaq olmurdu, adamın başı gedirdi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda koronavirusa yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28