Arxiv
4 İyul 2021, 14:20 | ƏDƏBİYYAT
"Təmrin"in xüsusi sayı Axundzadəyə həsr edildi

Artıq ikinici ildir ki, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru  Cavanşir Feyziyevin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi  və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi-“Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi həyata keçiririlir.

 

Modern.az-ın xəbərinə görə, layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunuş xüsusi sayları işıq üzü görüb.

 

Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzdənin anadan olmasının 143-cü il dönümü ərəfəsində isə dərgisini xüsusi Mirzə Fətəli Axindzadə sayı  çapdan çıxıb.

 

 “Xüsusi say” Ümummilli lider Heydər Əliyevin  bu sözləri ilə acılır: “Mirzə Fətəli Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir.”

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədiblə bağlı  yüksək fikirləri təqdim olunur: ”  Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır...”

 

Dərginin 116-cı “xüsusi say”ında Xalq yazıçısı Anarın,  millət vəkili Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, f.f.e.d. Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun maraqlı məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tiflisdəki ev muzeylərindən geniş foto-materiallar, habelə Bakıda şairin adının əbədiləşdirilidiyi abdilər və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş, dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.

 

“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” ( Şərqin Volteri - Mirzə Fətəli Axundzadə) yazısını millət vəkili, Cavanşir Feyziyev bu sözlərlə bitirir : “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin  köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.

 

“Xüsusi say”ın nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin kordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.

 

Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Və Mirzə Fətəli Axundovun çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eks-deputatın oğlu küçənin ortasında güllələndi 24 Sentyabr 2021, 11:11 Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi 24 Sentyabr 2021, 11:10 NATO-nun yeni hədəfi Çindir 24 Sentyabr 2021, 11:05 Yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi saxlanıldı 24 Sentyabr 2021, 11:00 Şəhidlərin məzarı ziyarət olunub 24 Sentyabr 2021, 10:56 Ağdamın Ətyeməzli kəndi - VİDEO 24 Sentyabr 2021, 10:55 Avqustda pensiya alanların SAYI 24 Sentyabr 2021, 10:50 Azərbaycanda bu institutun adı dəyişdirildi 24 Sentyabr 2021, 10:46 Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:40 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?