Modern.az

Fuad Muradov jurnalistləri təbrik etdi

Fuad Muradov jurnalistləri təbrik etdi

22 İyul 2021, 13:08

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə komitə sədri rəsmi "Facebook" hesabında paylaşım edib:

 

"Əziz jurnalistlər, hörmətli media nümayəndələri! Bu gün 146 yaşını qeyd etdiyimiz milli mətbuatımızın bəlkə də ən çətin, ən məsuliyyətli və həm də şərəfli ilini başa vurduq. Mediamız bu il hər zamankından daha böyük fədakarlıqla Azərbaycan həqiqətlərini, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun zəfərlərini xalqımıza və dünya ictimaiyyətinə çatdırdı, milli varlığımızı, birliyimizi və həmrəyliyimizi təsdiqlədi.

 

Kədər və təəssüf hissi ilə bu mücadilədə həyatını itirən media nümayəndələrinin - minaya düşərək həlak olmuş iki fədakar jurnalistimizin də xatirəsini dərin ehtiramla yad edərək sizi Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Şərəfli, çətin və məsuliyyətli işinizdə, milli maraqlarımızın və diasporumuzun fəaliyyətinin təbliğində hər birinizə uğurlar arzulayıram!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır