Arxiv
26 İyul 2021, 09:26 | PARLAMENT
“Ermənistan “dəmir yumruq” əməliyyatını  unutmamalıdır” - Millət vəkili

“Azərbaycan və Rusiya həm yaxın qonşu, həm də strateji tərəfdaş ölkələrdir. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Onun sözlərinə görə, elə bir sahə yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin:

 

"Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür".

 

Millət vəkilinin sözlərinə görə,  qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır:

 

 “Görüşdə bir daha bəyan edilib ki, Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir. 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur. Onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. Bu qüvvələr 30 ilə yaxın dövrdə Ermənistana dəstək göstərib danışıqlar prosesinin uzanmasına səbəb olsalar da, onda hansı nəticə ilə üz-üzə qaldıqlarını anlayır və postmüharibə dövrünün reallıqları ilə barışmamaqla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı barədə işğalçı dövlətin xülyalarına yardımçı olmaqla heç nə əldə edə bilməyəcəklərini çox yaxşı bilirlər. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın bütün dünyanı heyran edən “dəmir yumruq” əməliyyatını unutmamalıdırlar”.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?