Arxiv
26 İyul 2021, 16:11 | PARLAMENT
“Fransalı deputatlar Ağdam və Füzulidə gördüklərindən dəhşətə gəldilər”  

“Fransa nümayəndə heyətinin Azərbaycana səfəri parlamentlərarası əlaqələrin inkişafı, eyni zamanda, Azərbaycan həqiqətlərinin Fransa ictimiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu səfər kifayət qədər səmərəli keçdi”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Frans parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

 

O qeyd edib ki, səfər zamanı fransalı deputatlar Gəncədə Ermənistanın raket hücumlarına məruz qalmış ərazilərlə tanış olublar. Bundan başqa, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfərləri zamanı Ermənistanın 30 il ərzində törətdiyi dağıntıları, vəhşiliyi öz gözləri ilə görüblər.

 

Soltan Məmmədov Fransa Milli Assambleyasının üzvlərinin Ağdam və Füzuli rayonlarında gördüklərindən dəhşətə gəldiklərini bildirib. Nümayəndə heyətinə daxil olan deputatlar dağıntıların miqyasının təsəvvür etdiklərindən daha ağır olduğunu vurğulayıblar:

 

 “Fransalı həmkarlarımı daha çox təəccübləndirən ermənilərin dini abidələrə, tarixi binalara, mədəni irsimizə qarşı münasibəti oldu. Onlar Ağdamda Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını, Ağdam Cümə Məscidini,  Füzulidə Hacı Ələkbər məscidinin yerləşdiyi ərazini, Qarğabazar kəndində qədim karvansarayı və digər yerləri öz gözləri ilə gördülər. Hesab edirəm ki, bu yerlərdə gördükləri onların təsəvvürlərini xeyli dərəcədə aydınlaşdırdı”.

 

“Fransa nümayəndə heyətinə Azərbaycan dövlətinin qısa nüddət ərzində işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işləri, Ağdam şəhərinin baş planı barədə məlumat verilib. Ermənistanın törətdiyi dağıntılar, xaraba qoyduğu yaşayış məskənləri, Azərbaycanın həyata keçirdiyi tikinti-abadlıq işləri barədə məlumat verdik. Bir daha vurğuladıq ki, Azərbaycanın indi həyata keçirdiyi genişmiqyaslı işlər bizim Ermənistandan əsas fərqimizi görməyə imkan verir, bu torpaqların əsl sahibinin kim olduğunu göstərir”, - deyə Soltan Məmmədov qeyd edib.

 

Aysel Məhərrəm 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?