Modern.az

Sabah spikerlərin Üçtərəfli Görüşü keçiriləcək

Sabah spikerlərin Üçtərəfli Görüşü keçiriləcək

Parlament

26 İyul 2021, 19:52

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçtərəfli Görüşü keçiriləcək.

 

Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və  Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır