Modern.az

Avropaya gedən onlarla miqrant dənizdə batdı

Avropaya gedən onlarla miqrant dənizdə batdı

Aktual

27 İyul 2021, 01:36

Avropaya gedən ən azı 57 miqrant onları daşıyan qayığın aşması nəticəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatının mətbuat katibi Safa Msexli öz "Twitter" səhifəsində məlumat yayıb.

 

O bildirib ki, hadisə Liviya sahillərinin yaxınlığında baş verib:

 

"Bu gün Liviya sahillərində, Homs şəhərinin ətrafında qayığın aşması nəticəsində ən az 57 nəfər ölüb. Balıqçılar və sahil mühafizəsi tərəfindən sahilə çıxarılan sağ qalanların dediklərinə görə, boğulanlar arasında ən azı 20 qadın və iki uşaq olub".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü