Arxiv
27 İyul 2021, 16:40 | AKTUAL
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavan ilə görüşüb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan ərazilərinin işğalına səbəb olan münaqişənin tarixi və nəticələri haqqında məlumat verilib.

 

Qeyd edilib ki, Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan ərazilərimiz dağıntılara məruz qalıb, yaşayış binaları, fərdi evlər, tarixi və dini abidələrimiz məhv edilib. Bu müddətdə respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət və qayğı göstərilib.

 

Prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi prioritet təşkil edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən onlara xüsusi yanaşma olub.

 

Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür. “Ağıllı kənd” layihəsi əsasında qəsəbələr salınır. İlk belə qəsəbə Zəngilan rayonu Ağalı kəndində salınır, 200 fərdi mənzilin tikintisi həyata keçirilir. Tamamilə dağıdılmış Ağdam şəhərinin yenidən qurulmasına başlanılıb.

 

AŞPA-nın Humanitar nəticələr üzrə məruzəçisi Pol Qavan bildirib ki, məcburi köçkün məsələsi həssasdır və onlarla bağlı həyata keçirilən tədbirlər istiqamətində Azərbaycan hökumətinin üzərinə mühüm vəzifələr düşür. O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Azərbaycan dövlətinə uğurlar arzulayıb.

 

Görüşdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin katibliyinin rəhbəri Mark Nevil iştirak edib.

 

Dövlət Komitəsi sədrinin müavini qonaqların məcburi köçkünlərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qayıdış və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyəli futbolçu “Barselona”ya transfer edildi - RƏSMİ 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim edildi 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil neçəyədir? - QİYMƏTLƏR 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05 Reza Deqati fəxri diplomla təltif olundu 23 Sentyabr 2021, 17:00 Əkin sahəsinin sığortası üzrə ilk ödəniş edildi 23 Sentyabr 2021, 16:54 Binəqədidə kəsilən ağacların yerinə yeniləri əkildi - FOTOLAR 23 Sentyabr 2021, 16:48
SORĞU Hansı vaksinə etibar edirsiniz?