Modern.az

Moskvada Fərman Salmanovla bağlı konfrans keçirildi - FOTO

Moskvada Fərman Salmanovla bağlı konfrans keçirildi - FOTO

Aktual

28 İyul 2021, 20:05

İyulun 28-də Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz haqda ətraflı danışıb.

 

Eyni zamanda o qeyd edib ki, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adı verilmişdir. Həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirildiyini söyləyib.

 

Konfransda çıxış edən Səfir Polad Bülbüloğlu Fərman Salmanovla şəxsi tanışlığı haqda söz açıb. Azərbaycanın Səfiri vurğulayib ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanıb ki, bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir. 

 

Polad Bülbüloğlu Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalandığını və sözügedən Sərəncama əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanov adına təqaüdün təsis edildiyini, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldığını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Azərbaycanın Rusiyadakı Səfiri Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun nailiyyətləri haqda gələcək nəsillərin müxtəlif müasir vasitələrdən istifadə edərək məlumatlandırılmasının vacibliyini önə çəkib.

 

Tədbirdə Fərman Salmanovun həyat və əmək fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi