Arxiv
28 İyul 2021, 21:21 | AKTUAL
Naxçıvanda ər işləmək istəyən arvadını boşadı

Naxçıvanda kişi iş axtaran həyat yoldaşından boşanıb.

 

Modern.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şahbuz rayon sakini Elnur Əliyev məhkəməyə müraciət edərək həyat yoldaşı Fərqanə Əliyevadan boşanmaq istədiyini bildirib.

 

Məhkəmədə boşanmasının səbəbini izah edərkən Elnur Əliyev bildirib ki, Fərqanə onu saymadığı üçün ayrılır: 

 

“2016-cı ildə ailə qurmuşuq, amma 2018-ci ildə rəsmi nikaha daxil olduq. İki övladımız var. Fərqanə ilə ailə qurandan sonra təxminən bir-iki il normal yola gedirdik, sonradan münasibətlərimiz tamamilə pozuldu. Buna səbəb isə Fərqanənin məni saymaması, məni eşitməməsi və özbaşına iş axtarmasıdır. Fərqanə məndən xəbərsiz anası evinə gedirdi. Ona mobil telefon işlətməməsini deyirdim, amma buna əhəmiyyət vermirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Sonra Fərqanə evi tərk etdi. Mən də artıq boşanmaq qərarına gəldim”.

 

E.Əliyev qeyd edib ki, ötən ilin noyabrın 8-dən bəri ayrı yaşayırlar, uşaqlar da analarının yanında qalır:

 

“Bu müddət ərzində uşaqlara hər-hansı maddi yardım etməmişəm. Fərqanənin tələb etdiyi kimi, bir uşağa görə 170 manat alimenti  ödəyə bilməyəcəm. Fəhlə işləyirəm, 230 manat maaş alıram. Hər uşaq üçün 100 manat miqdarında aliment ödəyə bilərəm”.

 

Məhkəmədə sualları cavablandıran Fərqanə Əliyeva bildirib ki, Elnur ilə münasibəti son bir neçə aydır pozulub:

 

“Buna səbəb isə Elnurun son zamanlar çox spirtli içki qəbul etməsidir. Sonuncu dəfə Elnurdan icazə alıb anamgilə getdim, amma evə qayıtdıqdan sonra Elnurla onun anası məni evdən qovdular. Buna görə mübahisə etdik, Elnur mənə “bizdən ailə olmaz. Səninlə birlikdə yaşamaq istəmirəm”, - dedi. Bundan sonra ayrı yaşamağa başladıq, uşaqlar isə mənimlə qalır”.

 

Məhkəmə onların tələbini nəzərə alaraq boşanma barədə qərar çıxarıb. Uşaqların ananın yanında qalmasına, atanın isə hər uşağa görə aylıq 115 manat aliment ödəməsinə qərar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib 26 Sentyabr 2021, 00:52 Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?