Modern.az

Türkiyədə meşə yanğınları - Son vəziyyət necədir?  

Türkiyədə meşə yanğınları - Son vəziyyət necədir?  

Dünya

30 İyul 2021, 10:08

Türkiyədə güclü yanğınlar davam edir. Hazırda yanğın hadisələrindən 20-nin söndürülməsi istiqamətində işlər aparılır, 43 yanğın ocağı nəzarətə alınıb.

 

Modern.az xəbər verir ki, Türkiyənin Kənd və Meşə Təsərrüfatı nazirliyi ölkəni cənginə alan meşə yanğınları ilə bağlı son məlumatları paylaşıb.

 

Nazirlik Antalya, Mersin və Adanada daxil olmaqla 20 ünvanda yanğının davam etdiyini açıqlayıb. Ümumilikdə isə 63 yanğın ocağı qeydə alınıb.

 

"Xalqımız, gələcəyimiz üçün var gücümüzlə mübarizə aparırıq. Bütün Türkiyənin duaları bizimlədir. Canımız yanır, söndürəcəyik", -deyə kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

 

Qeyd edək ki, yanğın zamanı ölənlərin sayı 4 nəfərdir. Türkiyənin Manisa əyalətində meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən PKK terror təşkilatının iki üzvü saxlanılıb. Həmin şəxslərin Suriya əsilli qardaşlar olduğu deyilir.

 

Humay İsgəndərova

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar