Modern.az

Deputat daha bir neçə kəndin sakini ilə görüşüb

Deputat daha bir neçə kəndin sakini ilə görüşüb

Aktual

30 İyul 2021, 09:54

Milli Məclisin deputat Novruz Aslanov hər həftə olduğu kimi bu həftə də, iyul ayının 29-da İsmayıllı rayonuna növbəti səfərini edib.

 

Modern.az xəbər verir ki, deputat rayonun Keyvəndi kəndində seçicilərinin səyyar qəbulunu keçirib. Yaxın ətrafda yerləşən Bilistan, Minkə, Bəhliyan kəndlərindən də deputatın qəbuluna sakinlər gəlmişlər.

 

Qəbul sanitar-epidemioloji qaydalarına uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər əsasən sosial məsələlərlə bağlı müraciət ediblər. Həmçinin, fərdi məsələlər də müraciətlər sırasında olub. Bəzi məsələlər operativ olaraq həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!