Modern.az

Xarici jurnalistlər Füzulidə minatəmizləmə əməliyyatını izlədilər

Xarici jurnalistlər Füzulidə minatəmizləmə əməliyyatını izlədilər

30 İyul 2021, 11:34

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Füzuli rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı aşkar edilən mina və partlamamış silah-sursatlar zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə Füzulinin Qarğabazarı deyilən ərazisində ANAMA nümayəndələri ilə rayonda səfərdə olan Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniya jurnalistləri arasında görüş keçirilib. Görüşdə bildirilib ki, Qarğabazarı ərazisində ermənilər tərəfindən basdırılan 142 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb, 6200 kvadratmetr sahə xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla təmizlənib. Ümumilikdə indiyədək Füzuli rayonunda 177 min 736 kvadratmetr ərazinin minalardan və partlamamış digər sursatlardan təmizlənməsi təmin olunub.

 

Sonra xarici media nümayəndələri aşkarlanmış minaların və partlamamış silah-sursatın zərərsizləşdirilməsi prosesini izləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!