Modern.az

Paşinyanla diaspor arasında UÇURUM: İstefa dalğası başladı

Paşinyanla diaspor arasında UÇURUM: İstefa dalğası başladı

Dünya

30 İyul 2021, 15:53

Ermənistanın Diasporla iş üzrə komissarlığın baş ofisinin rəhbəri Sara Ancarqolyan postundan azad olunub.

                                                      

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir Nikol Paşinyan bu gün imzalayıb.

 

Böyük Britaniyada doğulub, ABŞ-da yaşayan Ancarqolyan Kaliforniyanın Berkli Universitetində hüquq təhsili alıb, Los-Anceles şəhər prokurorunun müavini çalışıb. O 2012-ci ildə Ermənistana köçüb və ictimai fəaliyyətlə məşğul olub.

 

2019-cu il iyunun 19-da Nikol Paşinyan tərəfindən Ermənistanın diaspor komissarlığının baş ofisinin rəhbəri təyin olunub.

 

Sonuncu istefa hadisəsi Nikol Paşinyan hökuməti ilə diaspor arasında dərinləşən fikir ayrılığının əlaməti sayılır. Hazırda diaspor kommisarı səlahiyyətlərini icra edən və uzun illər ABŞ-da yaşamış Zare Sinanyan da istefaya göndərilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı