Modern.az

Samuxda piyadanı maşın vurdu

Samuxda piyadanı maşın vurdu

31 İyul 2021, 21:53

Samux rayon Çobanabdallı kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, kənd ərazisində Gəncə şəhər sakini, Əhmədov Şahin Hidayət oğlunu avtomobil vurub.

 

Müxtəlif xəsarətlər alan piyada təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir