Modern.az

"Tokio-2020": Atıcımız 281 xal qazandı

Aktual

1 Avqust 2021, 09:05

"Tokio-2020" Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında birinci təsnifat mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb. Təmsilçimiz 27 idmançı arasında 24-cü olub.

 

Avqustun 2-də ikinci təsnifat mərhələsi və final keçiriləcək. Əsas mərhələyə ən yaxşı nəticə göstərmiş 6 atıcı vəsiqə qazanacaq.

 

Qeyd edək ki, R.Lunyov iyulun 24-də Tokio Olimpiadasında kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü